Orta ixtisas təhsilini bu il bitirənlərin 50 faizi dövlət imtahanından azad ediləcək.
"Operativ Media" nın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, növbəti tədris ilindən isə orta ixtisas təhsilində məzun olanların 100 faizi dövlət imtahanı verməyəcək.