http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Zakir Həsənov azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izləyib -Video

10 İyun 2023 , 10:47
Zakir Həsənov azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izləyib -Video

Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"-ya verilən məlumata görə, təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib.

General-polkovnik Z.Həsənov səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələrək fəaliyyətlərin təşkilini yoxlayıb, əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə, eləcə də ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Qeyd edilib ki, Vətən müharibəsi və sonraki əməliyyatlarda qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla çətin relyefli ərazilərdə müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə əsas məqsəd komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsidir.
Sonra general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə təlimin yekun iclası keçirilib.
Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.
Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu