Rusiya ordusu Odessanı vurub, 3 ölü, 27 yaralı var
Nərmin Qocamanlı
Rusiya ordusunun Ukraynanın Odessa vilayətində həyata keçirdiyi hücum nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, Rusiya ordusu gecə saatlarında qanadlı raketlər, “İsgəndər” ballistik raketləri və İran istehsalı olan Şahed-136/131 pilotsuz uçuş aparatları (PUA) ilə Xarkov və Odessa bölgələrini hədəfə alıb.
Hava hücumundan müdafiə sistemləri 2 qanadlı raketlə 20 İHA-nı vurub.
Məhv edilmiş dron hissələri Odessada bir mənzilə çırpılıb, 3 mülki şəxs həyatını itirib, biri hamilə qadın və 2-si uşaq olmaqla 27 nəfər yaralanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net