"Fənərbağça" baş məşqçisiz qaldı

Əziz Əzizli
"Fənərbağça" baş məşqçisiz qaldı

Fənərbaxça”nın baş məşqçisi Jorje Jezus İstanbul təmsilçisindən ayrılıb.

"Operativ Media" xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə özü məlumat verib.

O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.

Jezus “Fənərbaxça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.

“Fənərbaxça” portuqaliyalı çalışdırıcısının rəhbərliyi altında Super Liqada da 80 xalla ikinci yeri tutmuşdu.

Digər xəbərlər