Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib
Ukrayna Müdafiə Nazirliyi Donetsk regionunda əks-hücum əməliyyatlarının “ilk uğurlu nəticəsi” barədə məlumat yayıb.
"Operativ Media" xəbər verir ki, Donetsk vilayətinin Blaqodatnı və Makarovka yaşayış məntəqələri Rusiya hərbçilərindən azad edilib. Nazirlik Baxmut bölgəsində əks-hücum əməliyyatlarının davam etdiyini açıqlayıb. "Berxovsk su anbarı ərazisində uğur var. Qoşunlarımız 250 metr irəliləyib. Cənubda iki istiqamətdə 300 metrdən 1 500 metrə qədər irəliləyiş var", - deyə məlumatda bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Blaqodatnının Rusiya hərbçilərindən azad edildiyini rəsmən təsdiqləyib. 7-ci əlahiddə AREY UDA batalyonu isə Blaqodatnı və Makarovkadan əlavə Neskuçne yaşayış məntəqəsinin də geri alındığını açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net