Menyu

Suriyanın şimalında PKK sığınacağı dağıdılıb

Suriyanın şimalında PKK sığınacağı dağıdılıb

PKK/YPG terror təşkilatının Fərat Qalxanı Cibrin bazası ərazisi və Öncüpınar polis şəhərciyinə təşkil etdiyi hücumlara cavab verilib.

"Operativ Media" xəbər veri ki, qərargah adlanan yer dağıdılıb, 7 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hücumun həyata keçirildiyi yerlər müəyyənləşib və dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən güclü zərbələr endirilməyə başlanılıb. Türk əsgər və zabitinə heç bir zərər dəyməyib. “Terrorçuların hücum cəhdlərini heç vaxt cavabsız qoymayan türk əsgəri terrorçulara aid bir çox hədəfi effektiv şəkildə vurmaqda davam edir” – deyə məlumatda bildirilir. Qeyd edək ki, bundan qabaq Suriyadan atılan 5 raket Öncüpınar ərazisinə düşmüşdü.

Teqlər:

"Suriyanın şimalında PKK sığınacağı dağıdılıb"

Əlaqəli Xəbərlər