PSJ İngiltərə Premyer Liqasından hücumçu almaq istəyir

Əziz Əzizli
PSJ İngiltərə Premyer Liqasından hücumçu almaq istəyir

Fransanın PSJ klubu heyətini gücləndirməyə davam edir.

"Operativ Media" "Le Parisien"ə istinadən xəbər verir ki, PSJ "Kristal Pelas"la müqaviləsi başa çatmaq üzrə olan Zahanı transfer etmək üçün hərəkətə keçib.

Klub müvafiq olaraq "Real Madrid" və "İnter"dən Marko Asensio və Milan Skriniarı heyətinə qatdı və indi Premyer Liqanın sürətli cinah oyunçusu Zaha ilə müqavilə bağlamağa çalışacaq.

PSJ-nin futbol direktoru Luis Kamposun Fil Dişi Sahilli futbolçunu komandanın yay hazırlıq düşərgəsinə çatdırması üçün danışıqlara başladığı bildirilir.

Kamposun Zahanın bacarığını və çox yönlülüyünü yüksək qiymətləndirdiyi deyilir. Kampos bir müddət “Qalatasaray”da da çalışıb.

Digər tərəfdən, Kriştianu Ronaldonun komandası "Əl-Nəsr"in də Zahanı izlədiyi və onu Səudiyyə Ərəbistanına transfer etməyə çalışdığı bildirilir.

O, "Kristal Pelas"da ümumilikdə 458 oyun keçirib, 90 qol vurub və 76 məhsuldar ötürmə edib.

Digər xəbərlər