ABŞ-da tankerin qəzaya uğraması nəticəsində estakada çöküb
Nərmin Qocamanlı
ABŞ-ın Pensilvaniya əyalətində estakadaya dəyən tankerin yanması nəticəsində ölkənin ən əhəmiyyətli magistrallarından biri olan I-95 ikitərəfli hərəkətə bağlanıb.
"Operativ Media" xəbər verir ki, Nyu-York ilə paytaxt Vaşinqton arasında əsas əlaqəni təşkil edən I-95 magistralının Filadelfiya şəhər hissəsindəki yerüstü keçid tankerin təsadüfən yanması nəticəsində dağılıb.
Filadelfiya polisi mətbuata açıqlamasında Alovlandırıcı maddələrlə yüklənmiş tankerin uzun müddət yandığı və yayılan istinin estakadanın polad konstruksiyasını zədələyərək çökməsinə səbəb olduğu barədə məlumat paylaşıb.
Tankerdən yüksələn alov nəticəsində magistralın hər iki tərəfi təxminən 3,5 kilometr nəqliyyat üçün bağlanıb, dövlətlərarası əlaqə yolunda uzun növbələr yaranıb.
Ölən və yaralananların olmadığı hadisə ilə bağlı istintaqın davam etdiyi açıqlanıb.
Teqlər:
"ABŞ-da tankerin qəzaya uğraması nəticəsində estakada çöküb"