Menyu

Avstraliyada avtobus qəzası nəticəsində 10 nəfər ölüb

Nərmin Qocamanlı
Avstraliyada avtobus qəzası nəticəsində 10 nəfər ölüb

Avstraliyanın Yeni Cənubi Uels əyalətində avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, Avstraliya mətbuatının polis orqanlarına əsaslanan xəbərinə görə, toydan qayıdanları daşıyan avtobus Yeni Cənubi Uels əyalətində dairəvi yolda qəzaya uğrayıb.

Səlahiyyətlilər, ilk təsbitlərə görə qəzada 10 nəfərin həyatını itirdiyini, 11 nəfərin isə yaralandığını bildirib.

Yaralıların ətraf xəstəxanalara aparıldığını qeyd edən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

39 sərnişini olan avtobusun sürücüsünün də yaralandığını qeyd edən səlahiyyətlilər, qəza ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.

Sözügedən qəza Avstraliyada uzun illər ərzində ən ölümcül qəza kimi qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər