"Hərbi sığınacaqda yanaraq ölən 15 erməni əsgəri qəsdən öldürülüb"

admin
"Hərbi sığınacaqda yanaraq ölən 15 erməni əsgəri qəsdən öldürülüb"

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində olan hərbi hissədə bu ilin yanvarında baş verən yanğın zamanı ölən hərbçilərin istintaqı ilə bağlı yeni məlumat var.

"Operativ Media" xəbər verir ki, ölənlərin ailələri istintaqın yeni detallarının üzə çıxması ilə bağlı məlumat veriblər.

15 erməni hərbçisinin ailələri hadisə yerinə baxmaqla bağlı vəsatət qaldırıblar. Ailələrin iştirakı ilə aparılan istintaq zamanı məlum olub ki, hadisə vaxtı götürülən izahatlarla yerindəki mənzərə fərqlidi. İstintaqın sirri olduğundan təfərrüatlar açıqlanmır.

Erməni hərbçilərin valideynləri bu işi ehtiyatsızlıq deyil bilərəkdən edilən cinayət olduğunu deyirlər. Onlar istintaqda yalnız aşağı rütbəlilərin məsuliyyətə cəlb edilməsindən də narazıdır.

Ermənistan mətbuatının yazdığına görə, istintaq inamsızlıq və reallığın gizlədilməsi erməni xalqını mənəvi cəhətdən çökdürüb.

”Həlak olan hərbçilərin valideynləri bu dəhşətli cinayətin əsl şəraitinin üzə çıxarılması və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün sona qədər çalışacaqlar”, - deyə məlumatda bildirilir.



 

Digər xəbərlər