12 İyun 2023, 16:23
NATO-nun "Air Defender 2023" təlimi başlayıb

Almaniya Hərbi Hava Qüvvələrinin ev sahibliyi etdiyi və "NATO tarixinin ən böyük hava təlimi" olaraq xarakterizə edilən "Air Defender 2023" təlimi başlayıb.
"Operativ Media" Alman Xəbər Agentliyinə istinadən xəbər verir ki, təlim Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "A400M" tipli nəqliyyat təyyarəsinin Aşağı Saksoniyadakı Wunstorf Hava Bazasından havaya qalxması ilə başlayıb.