Blinken İsveçin NATO-ya üzv ola biləcəyi zamanı açıqlayıb
İsveçin rəsmi olaraq NATO-ya üzv olacağını gözləyirəm.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. O, bu prosesin iyulda Vilnüsdə keçiriləcək alyansın sammitində reallaşacağına ümid edib. “Hər bir müttəfiq İsveçin alyansa rəsmi şəkildə qoşulmasının vaxtının artıq çatdığını əminliklə ifadə edib”, - deyə ABŞ-in baş diplomatı vurğulayıb. Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək. Yeri gəlmişkən, sabah Türkiyə, İsveç və Finlandiya arasında yaradılan “Daimi Ortaq Mexanizm”in 4-cü iclası Ankanrada keçiriləcək. Tərəflər İsveçin NATO-ya üzvlük məsələsini müzakirə edəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net