"Qarabağ" dünya reytinqində gerilədi
Əziz Əzizli
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinqini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, siyahıda 302 komanda yer alıb. Cədvəldə Azərbaycan təmsilçilərindən cəmi ikisi – “Qarabağ” və “Neftçi” var. “Qarabağ” 138,5 xalla 71-ci sırada qərarlaşıb. Ağdam təmslçisi ötən ayla müqayisədə 4 pillə geriləyib. “Neftçi” 21 pillə irəliləyərək 67 xalla 287-ci olub.
Cədvəldə “Real” 313 xalla birincidir. “Mançester Siti” 279 xalla 2-ci, “Flamenqo” 278 xalla 3-cüdür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net