"Portu"nun futbolçusu Mehdi Taremi karyerasını İtaliyada davam etdirə bilər.
"Operativ Media" xəbər verir ki, "Milan" iranlı hücumçu ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Qırmızı-qaralar"da hücum xəttinə əsas namizəd Münhenqladbax "Borussiya"sının futbolçusu Markus Türamdır. "Milan" fransalının keçidini həll edə bilməsə, Taremi üçün təklif göndərəcək.
Mehdi ötən mövsüm Portuqaliya çempionatında 22 qolla bombardir olub. Onun "Portu" ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.






