Rusiyada biznes mərkəzləri icarədar tapa bilmir
Rusiyada ofis sahibləri iş yerlərini azaltmağı planlayır.
"Operativ Media" xəbər verir ki, xarici investorların Rusiya bazarını tərk etməsinin yaratdığı iqtisadi problemlər davam etməkdədir.
Ekspertlər hesab edir ki, beynəlxalq korporasiyaların - biznes mərkəzlərinin iri icarədarlarının getməsindən sonra ciddi problemlərlə üzləşən Moskva ofis bazarı ən yaxşı halda bir ildən sonra bərpa olunacaq. Onlar cari ilin də əvvəlki il kimi çətin olacağını gözləyirlər, çünki Rusiya şirkətlərinin tələbi hələ ki, boş yerlərin artımını ödəyə bilmir. Qərb şirkətlərinin yerini Asiya şirkətlərinin tutması planlansa da bu reallıqda özünü doğrultmadı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net