Nyu York polisi arılara görə Tayms meydanına girişi qadağan edib
Nyu Yorkun mərkəzində, Tayms meydanında səmanı arılar bürüyüb.
"Operativ Media" xəbər verir ki, Nyu York Polis Departamenti əməkdaşları əraziyə girişi bağlayıb. Arıları uzaqlaşdırmaq üçün arıçı çağırılıb. Mərkəzi meydanda arı istilası ümumilikdə 15 dəqiqə davam edib. Xoşbəxtlikdən heç kəsi arı sancmayıb. Lakin nyuyorkerlər arıların səsindən narahat olduqlarını bildiriblər.
Teqlər:
"Nyu York polisi arılara görə Tayms meydanına girişi qadağan edib"