AEBA Ukraynaya Kaxovka SES faciəsinə görə yardım planı təqdim edib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağıdılmasının nəticələrinin aradan qaldırılması üçün Ukraynaya yardım proqramını təqdim edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Qrossi tviterdə bildirib. Qeyd edək ki, hazırda Kiyevdə səfərdə olan Qrossi, daha sonra Zaporojye AES-ə baş çəkmək niyyətindədir. Zelenski ilə görüş zamanı Qrossi fəlakət bölgəsində təhqiqatlar aparacaqlarını, su basmaların Zaporojye AES-ə hansı dərəcədə təhlükəli olduğunu qiymətləndirəcəyini bildirib. Xatırladaq ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb, 100-ə qədər yaşayış məntəqəsi daşqınlara məruz qalıb.
Teqlər:
"AEBA Ukraynaya Kaxovka SES faciəsinə görə yardım planı təqdim edib"