ABŞ Dövlət Departamenti Vaşinqton və Tehran arasında sövdələşməni təkzib edib
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı sövdələşməyə dair xəbərlər həqiqətə uyğun deyil.
"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. “Bu mövzuda yazılanların əksəriyyəti, o cümlədən hansısa sövdələşmə haqqında məlumatlar yalandır” – deyə Miller vurğulayıb. Xatırladaq ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Naser Kənani ABŞ-la İran arasında Oman vasitəsilə danışıqların olduğunu açıqlamışdı. Kənani “tərəflər arasında dolayı danışıqlar artıq heç kəsə sirr deyil” – deyə jurnalistlərə bildirsə də danışıqların mahiyyətini bəyan etməyib. Bu açıqlamadan sonra beynəlxalq agentliklər müxtəlif mülahizəlr irəli sürüblər.
Teqlər:
"ABŞ Dövlət Departamenti Vaşinqton və Tehran arasında sövdələşməni təkzib edib"