Fransanın keçmiş prezidentinin evində axtarış aparılıb
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin evində axtarış aparılıb.
"Operativ Media" xəbər verir ki, proses 2007-ci ildə Liviya hakimiyyəti tərəfindən seçki kampaniyasının mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində icra edilib. Müstəntiqlər Sarkozinin livan əsilli fransız iş adamına 2007-ci il prezident seçkiləri kampaniyası üçün Liviya hakimiyyətindən pul alması ittihamını geri götürmək üçün 600 min avro ödədiyindən şübhələnirlər. Məlumata görə, Fransanın sabiq prezidenti Korrupsiya, Vergi və Maliyyə Pozuntuları ilə Mübarizə üzrə Mərkəzi İdarənin əməkdaşları tərəfindən dindirilib. Bundan sonra Sarkozinin evində axtarışlar aparılıb. Sarkozinin seçki kampaniyasının maliyyələşdirilməsini ilk dəfə 2011-ci ildə Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam elan edib. O, Yevronyus telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia edib.
Teqlər:
"Fransanın keçmiş prezidentinin evində axtarış aparılıb"