İsveç Türkiyənin şərtlərini yerinə yetirməyə başlayıb
İsveç PKK terror təşkilatının tərəfdarını Türkiyəyə ekstradisiya edir.
"Operativ Media" xəbər verir ki, İsveç Krallığının hökuməti PKK terror təşkilatının tərəfdarı olduğunu etiraf etmiş şəxsin Türkiyəyə ekstradisiyası barədə qərar qəbul edib. Onu öz vətənində narkotiklərlə bağlı cinayətə görə 5 ilə yaxın müddətdə həbs cəzası gözləyir. Hökumət ekstradisiya qərarını özünün xüsusi iclasında qəbul edib. Qeyd edək ki, 35 yaşlı şəxs İsveç polisi tərəfindən ötən il Türkiyənin milli prokurorunun müraciətinə əsasən həbs olunub. Ekstradisiyanın yaxın vaxtlarda olacağı gözlənilir.
Teqlər:
"İsveç Türkiyənin şərtlərini yerinə yetirməyə başlayıb"