Türkiyə ordusu Suriyada terrorçulara zərbə endirib
Türkiyə Silahlı Qüvvələri Suriyanın Hasiçi vilayətinin şimalında yerləşən Qamışlı şəhəri ərazisində “Suriya Demokratik Qüvvələri”nin (SDQ) terrorçularına pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbə endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatı Qamışlının şərqindəki kəndlərdən birində keçirilib. SDQ terrorçularını daşıyan avtomobilə hücum edilib.
Zərbə nəticəsində ölən və yaralananların sayı qeyd olunmur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net