Əlcəzair prezidenti dövlət himninə Fransanın müstəmləkə rolundan bəhs edən sətirləri qaytarıb
Əlcəzair prezidenti Abdelmajid Tebboun, "Kəssaman" kimi tanınan dövlət himninin sətirlərinin dəyişdirilməsi haqqında fərman imzalayıb.
"Operativ Media" xəbər verir ki, ölkə başçısı Fransanın müstəmləkəçi dövlət olduğunu xatırladan sözlərin himnə əlavə edilməsini istəyib. Əlcəzairin dövlət himninin mətnində “Fransa, boş danışmağın vaxtı bitdi” ifadəsi yenidən bərpa edilib. Qeyd edək ki, "Kəssaman" 1950-ci illərin ortalarında yazılıb. Ölkə 1962-ci ilin iyulunda Fransadan müstəqillik əldə etdikdən sonra Əlcəzair Xalq Demokratik Respublikasının himninə çevrilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma