Menyu

Yunanıstanda miqrant faciəsinə görə üç günlük matəm elan edilib

Yunanıstanda miqrant faciəsinə görə üç günlük matəm elan edilib

Yunanıstan hökuməti İon dənizində balıqçı qayığının batması nəticəsində azı 79 miqrantın ölümündən sonra üç günlük matəm elan edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, faciədən 104 miqrant sağ qurtula bilib. Onların müalicəsi davam edir. Məlumata görə, hadisə zamanı gəmidə azı 400 nəfər olub. İtkin sayılan yüzlərlə miqrantın axtarışları davam edir. Qeyd edək ki, miqrantlarla dolu balıqçı gəmisi Yunanıstanın cənubundan 75 kilometr məsafədə, beynəlxalq sularda batıb.

Teqlər:

"Yunanıstanda miqrant faciəsinə görə üç günlük matəm elan edilib"

Əlaqəli Xəbərlər