Menyu

Türkiyənin müdafiə naziri Brüsselə səfər edib

Nərmin Qocamanlı
Türkiyənin müdafiə naziri Brüsselə səfər edib

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gəlib.

"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, Güləri Melsbroek hava limanında Türkiyənin NATO-dakı daimi nümayəndəsi Zeki Levent Gümrükçü, Türkiyənin Brüsseldəki səfiri Bəkir Uysal, Türkiyə Hərbi Nümayəndəliyinin rəhbəri general-leytenant Göksel Kahya və Belçika rəsmiləri qarşılayıblar.

Məlumata görə, Türkiyəni təmsil edərək sabah NATO qərargahında keçiriləcək Müdafiə Nazirləri Toplantısına qatılacaq nazir Gülər ​​sessiyalarda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

Teqlər:

"Türkiyənin müdafiə naziri Brüsselə səfər edib"

Əlaqəli Xəbərlər