Borrel: Aİ apreldən bəri Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib
Avropa İttifaqı aprel ayından Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib.
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə görüşündə deyib.
“Bu, döyüş sursatları tədarükü planımızın birinci hissəsidir. Biz iyulun sonuna kimi Avropa Müdafiə Agentliyinin təşkil etdiyi yeni sursatların birgə alınması üçün müqavilələr imzalayacağıq”, - Borrell bildirib.
Teqlər:
"Borrel: Aİ apreldən bəri Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib"