Türkiyənin milli müdafiə naziri Brüsseldə fransız həmkarı ilə görüşüb
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində baş tutub. Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik, NATO məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Teqlər:
"Türkiyənin milli müdafiə naziri Brüsseldə fransız həmkarı ilə görüşüb"