Şahzadə Harri və Meqan Markl 25 milyon dollarlıq "Spotify" müqaviləsini sonlandırıb
Nərmin Qocamanlı
Sussex hersoqu və hersoginyasının "Spotify" ilə müqaviləsi, ev sahibliyi etdikləri podkast ikinci mövsüm üçün uzadılmadıqdan sonra sona çatıb.
"Operativ Media" "Bloomberg"ə istinadən xəbər verir ki, "Archewell Audio" və Spotify" bunu təsdiqləyib.
Qeyd edək ki, Meghan, 2022-ci ilin avqust ayından etibarən 12 bölüm olaraq yayımlanan və qadınlara qarşı stereotiplərin tarixi haqqında məşhurlar, tarixçilər və ekspertlərlə söhbətlər edən Archetypes podkastına ev sahibliyi edirdi.
Harri və Meghan, 2020-ci ilin sonunda təxminən 25 milyon ABŞ dolları (18 milyon funt sterlinq) dəyərində olduğu təxmin edilən podkastlara ev sahibliyi etmək və istehsal etmək üçün müqavilə imzalamışdılar.
Teqlər:
"Şahzadə Harri və Meqan Markl 25 milyon dollarlıq \"Spotify\" müqaviləsini sonlandırıb"