Bill Qeyts Pekində Si Cinpinlə görüşüb
Nərmin Qocamanlı
"Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts Pekində Çin lideri Si Cinpinlə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.
Qeyd edək ki, Bill Qeyts Çində səfərdədir.
Bu səfər Qeytsin son dörd ildə Çinə ilk səfəridir.
Xatırladaq ki, "Microsoft" həmtəsisçisinin fondu Çinin xəstəliklərlə mübarizə səylərinə kömək etmək üçün 50 milyon dollar vəd edib.
Görüş zamanı Çin lideri bildirib ki, Çin həmişə Amerika xalqına ümid bağlayıb və iki ölkə xalqları arasında dostluğun davam edəcəyinə ümid edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net