Menyu

BMT Yunanıstan sahillərində batmış gəmidə 500-ə yaxın adamın itkin düşdüyünü açıqlayıb

Nərmin Qocamanlı
BMT Yunanıstan sahillərində batmış gəmidə 500-ə yaxın adamın itkin düşdüyünü açıqlayıb

Yunanıstanda qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisinin batması ilə bağlı fəlakətdə indiyədək 78 nəfərin həyatını itirib, aralarında qadın və uşaqların da olduğu 500 nəfərin itkin düşüb.

"Operativ Media" xəbər verir ikiç bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk açıqlama verib.

Qeyd edək ki, iyunun 14-də Yunanıstanın Peloponnes bölgəsindəki Navarino şəhərindən 47 dəniz mili aralıda qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisi beynəlxalq sularda batıb.

Hadisə nəticəsində  78 nəfər həyatını itirib, 104 nəfər xilas edilərək Kalamata limanına gətirilib.

Yunanıstan Sahil Mühafizəsi xilas edilən miqrantlardan 47-nin Suriya, 43-nün Misir, 12-nin Pakistan və 2-nin Fələstin vətəndaşı olduğunu açıqlayıb.

Teqlər:

"BMT Yunanıstan sahillərində batmış gəmidə 500-ə yaxın adamın itkin düşdüyünü açıqlayıb"

Əlaqəli Xəbərlər