http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

"Şamaxı" klubunda 10 ayrılıq baş tutub

16 İyun 2023 , 17:44
"Şamaxı" klubunda 10 ayrılıq baş tutub

"Şamaxı” Futbol Klubunun rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib.

"Operativ Media" klubun saytına istinadən xəbər verir ki, toplantıda 2023-24-cü illər mövsümünün planları, klubun strategiyası müzakirə edilib. Alınan qərara əsasən məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə klub rəhbərliyi arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. 

Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyini bildirdiyindən onunla qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilib. 

Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.

Eyni zamanda, komandanın oyunçuları Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqavilə müddətləri, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komandadan ayrılmışlar.

"Şamaxı" yeni mövsümdə I Divizionda mübarizə aparacaq

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu