http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İcraiyyə Komitəsinin qərarları açıqlanıb

16 İyun 2023 , 18:00
İcraiyyə Komitəsinin qərarları açıqlanıb

Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2023-2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçirilsin:

1. “Şamaxı”
2. “Qaradağ Lökbatan”
3. MOİK
4. “Mingəçevir”
5. “Zaqatala”
6. “İrəvan”
7. “İmişli”
8. “Difai Ağsu”
9. “Araz Saatlı”
10. “Karvan”

2. 2023-2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu II Divizion təsis olunsun və aşağıdakı komandaların iştirakı ilə keçirilsin:

1. “Füzuli”
2. “Göygöl”
3. “Ağdaş”
4. “Sportinq Baku”
5. “Qusar”
6. “Marxal Şəki”
7. “Şəfa  Baku”
8. “Cəbrayıl”
9. “Lerik”
10. “Kürmük Qax”
11. “Şəmkir”
12. “Kür-Araz”

Qeyd: I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunsun.

3. Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişikliklər təsdiq olunsun.
4. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılsın.
5. Premyer  Liqa və Azərbaycan Kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmasın.
6. 2023-2024-cü illər mövsümünün startına qədər 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmasın. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya  çıxmış) legionerlər üçün rüsum tələb olunmasın.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq  olunsun:

Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner  üçün – 5000 (beş min) manat

Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner  üçün – 10000 (on min) manat

Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox  sayda legionerlər üçün – 50000 (əlli min) manat

1 futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum tələb olunmasın.

Qeyd: Yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz  legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq  aparılır. Premyer  Liqa  klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi legioner futbolçuların sayı da daxildir. I Divizion klubları üçün legioner  rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olunsun. 

7. Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar tərəfindən yeni layihə hazırlanaraq AFFA, PFL və Yoxlama və Təftiş Komitəsinə təqdim olunsun.

8. Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Baş məşqçinin müqavilə müddəti 1+1 sistemi üzrə müəyyənləşdirilsin.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu