Menyu

CAR Prezidentinin mühafizəsi olan təyyarə Varşavada saxlanılıb

CAR Prezidentinin mühafizəsi olan təyyarə Varşavada saxlanılıb

Ukraynaya gedən Cənubi Afrika Respublikasının dövlət və hökumət nümayəndələrinin olduğu təyyarə Şopen adına Varşava hava limanında saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Təyyarədə 100-ə yaxın adam olub. Onların hamısı Prezident Kiril Ramafosanı Ukrayna və Rusiyaya səfəri zamanı müşayiət etməli idi.

Agentliyin məlumatına görə, təyyarə odlu silah gəzdirmək icazəsi ilə bağlı problemlərə görə 24 saat gecikib. Polşa sərhədçiləri afrikalı təhlükəsizlik əməkdaşlarında daşımağa icazəsi olmayan silahlar olduğunu bildiriblər.

Cənubi Afrika Prezidentinin administrasiyası baş verənləri təəssüflə qarşılayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər