Menyu

Meksikada günvurmadan 8 nəfər ölüb

Nərmin Qocamanlı
Meksikada günvurmadan 8 nəfər ölüb

Meksikadakı isti hava nəticəsində 8 nəfər həyatını itirib.

"Operariv Media" xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, ölkənin şimal-qərb və cənub-şərqində mövsüm normalarından bir neçə dərəcə yüksək olan həddindən artıq istilər insan ölümünə səbəb olur.

Səhiyyə Nazirliyi güclü istilər səbəbindən onlarla insanın günvurma şikayəti ilə xəstəxanalara müraciət etdiyini və onlardan 8-nin dünyasını dəyişdiyini bildirib.

Xüsusilə Sonora, Veracruz, Quintana Roo və Oaxaca əyalətlərində təsirli olan isti havanın bir neçə gün daha davam edəcəyi bildirilib.

Meteoroloqlar günorta saatlarında günəşin düz bucaq altında vurduğu zaman çox zərurət olmadıqda çölə çıxmamağı tövsiyə edib.

Son illərin ən acınacaqlı günlərinin temperaturun 40 dərəcəni keçdiyi Meksikada yaşandığı paylaşılıb.

Teqlər:

"Meksikada günvurmadan 8 nəfər ölüb"

Əlaqəli Xəbərlər