Ana səhifə / İdman / Azərbaycan Millisi Estoniya ilə qarşılaşacaq Azərbaycan Millisi Estoniya ilə qarşılaşacaq 17.06.2023, 10:50 Əziz Əzizli Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək. "Operativ Media" xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edəcək. “Dalğa Arena”dakı oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmanı çexiyalı FIFA referisi Andrey Berka idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub. Bu qrupun digər oyununda Belçika və Avstriya yığmaları üz-üzə gələcəklər. AÇ-2024-ün seçmə mərhələsi F qrupu 17 iyun 20:00. Azərbaycan – Estoniya Baş hakim: Andrey Berka Bakı, “Dalğa Arena” Xal: Avstriya – 6. Belçika – 3. Belçika – 3. İsveç – 3. Estoniya – 0. Azərbaycan – 0. Teqlər: "Azərbaycan Millisi Estoniya ilə qarşılaşacaq"