http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Zlatan İbrahimoviç karyerası ilə bağlı paylaşım edib

17 İyun 2023 , 16:06
Zlatan İbrahimoviç karyerası ilə bağlı paylaşım edib

Bu yaxında futboldan ayrıldığını elan edən Zlatan İbrahimoviç sosial şəbəkə hesabında karyerası ilə bağlı paylaşım edib.

"Operativ Media" xəbər verir ki, isveçli ulduz hücumçu karyerasını bir neçə cümlə ilə belə ifadə edib:

“Hər şey bir arzu ilə başladı. Malmödə anadan oldum. Amsterdamda böyüdüm. Turində daha müdrik oldum. Barselonada aslana döndüm. Milanda daha da yüksəldim və Parisdə yeni perspektivlər əldə etdim. Mançesterdə əsəblərimə hakim oldum və Los-Ancelesdə əyləndim. Nəhayət, Milanda yeni evimdə rahatlıq tapdım”.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında 42 yaşı tamam olacaq forvard zədə səbəbindən ötən mövsüm “Milan”ın heyətində A Seriyasında cəmi 4 oyuna çıxıb və 1 qol vurub.

“Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynayan xarizmatik hücumçu İsveç millisində 53 oyuna çıxıb, 30 qol vurub və 4 məhsuldar ötürmə edib

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu