Ana səhifə / Dünya / İranda güclü yağışlar 7 nəfərin həyatına son qoyub İranda güclü yağışlar 7 nəfərin həyatına son qoyub 18.06.2023, 11:28 İranın Ərdəbil əyalətində güclü yağış daşqınlara səbəb olub. Bu barədə “Operati Media” “Mehr” agentliyinə istinadən xəbər verir. Hadisə nəticəsində yeddi nəfər həlak olub, 5 030 zərərçəkənə yardım göstərilib. Bundan başqa, güclü yağışlar nəticəsində Tehranı Xəzər dənizinin sahilində yerləşən Çalus şəhəri ilə birləşdirən yolda iki nəfər itkin düşüb. Xilasedicilər onların axtarışlarını davam etdirir. Qızıl Aypara Cəmiyyəti bildirib ki, güclü yağışlar bu həftə İranın 12 vilayətinə ziyan vurub, ən çox zərər çəkən isə Ərdəbildir. Teqlər: "İranda güclü yağışlar 7 nəfərin həyatına son qoyub"
13.02.2026, 23:15 Ceyhun Bayramov Ermənistanla tranzit məhdudiyyətlərinin aradan qaldırılmasından bəhs edib