Hindistanda günvurma 98 nəfərin ölümünə səbəb olub.
"Operativ Media" xəbər verir ki, "Hindistan Times" qəzetinin xəbərinə görə, qızmar istilər nəticəsində Uttar Pradeş ştatında 54, Bihar əyalətində isə 44 nəfər ölüb.
Uttar-Pradeş ştatı hökumətindən verilən açıqlamaya görə, ölənlərlə bağlı araşdırmalara başlanılıb.
Hər iki ştatda havanın temperaturu 45 dərəcəyə çatıb.
Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblərin iyunun 24-dək bağlandığı açıqlanıb.