Pakistanda bir günlük matəm elan edilib
Nərmin Qocamanlı
Yunanıstanda miqrant gəmisinin qəzaya uğraması ilə əlaqədar Pakistanda matəm elan edilib.
"Operativ Media" xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif Peloponnes sahillərində balıqçı qayığında batan pakistanlılar da daxil olmaqla 78 qeyri-qanuni miqrantın həyatını itirməsindən sonra sabah bir günlük milli matəm elan etmək haqqında qərar verib.
Ümummilli matəm çərçivəsində bütün ictimai binalarda bayraqlar yarıya qədər endiriləcək.
Digər tərəfdən, Şərifin göstərişi ilə hadisəni araşdırmaq üçün 4 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net