http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Dünya çempionumuz Ülvi Məmmədov karate üzrə beynəlxalq turnirin qalibi olub

18 İyun 2023 , 23:00
Dünya çempionumuz Ülvi Məmmədov karate üzrə beynəlxalq turnirin qalibi olub

İyunun 17-18-də Gürcüstanın Batumi şəhərində karate üzrə açıq beynəlxalq turnir keçirilib. On ölkənin iştirak etdiyi beynəlxalq turnirdə milli komandamızın idmançıları da iştirak ediblər.
"Operativ Media" xəbər verir ki, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız - 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi iki döyüşün hər birini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.
Xatırladaq ki, Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabrında Türkiyədə şotokan karate üzrə dünya çempionatında və 2022-ci ildə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanıb. Ötən il Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilən 12-ci dünya çempionatında isə Ü.Məmmədov dünya çempionu, 2023-cü ilin aprelin 28-dən 30-dək Bolqarıstanın Kranevo şəhərində Avropa çempionu titullarına yiyələnib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
Menyu