Sel Goranboyda fəsadlar törətdi

admin
Sel Goranboyda fəsadlar törətdi

Güclü yağış Goranboy rayonunda fəsadlar törədib. "Operativ Media" xəbər verir ki, leysan nəticəsində yaranan sel rayonun Börü və Qarqucaq kəndlərində həyətyanı və əkin sahələrinə, kənddaxili yollara dolub, təsərrüfata ziyan vurub. Sel Qarqucaq kəndində körpünü qəzalı vəziyyətə salıb. Həmçinin rayonun Şəfibəyli kəndi ərazisindən də sel keçib. Goranboy rayonu ərazisindən keçən Goran çayında da sel keçib. Rayon ərazisində yağışdan sonra yaranan fəsadların aradan qaldırılması üçün Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Digər xəbərlər