İyunun 6-da baş verən Novo Kaxovka fəlakətindən sonra Xersonda axtraış-xilasetmə işləri fasiləsiz davam edir.
"Operativ Media" xilasedicilər, güc orqanları əməkdaşları və könüllülər qayıqlarda Dnepr çayı boyunca uzanan kəndləri gəzir. Onlar evlərdə köməksiz qalan insanları axtarırlar. Könüllülər böyük təhlükə altında işləri davam etdirdiklərini deyiblər. Onların sözlərinə görə hazırda ən əsas risk Rusiya ordusuna aid dronlar və snayperlərdir. Könüllülər, həmçinin bildiriblər ki, artıq Dneprin şərq sahilində bütün sakinlər təxliyə edilib.