
UEFA prezidenti Aleksander Çeferin Səudiyyə Ərəbistanı komandalarının baha qiymətə etdiyi transferləri tənqid edib.
Başda Kriştiano Ronaldo və Kərim Benzema olmaqla bir çox ulduz futbolçu Səudiyyə Ərəbistanı liqasına yollanıb.
"Operativ Media" xəbər verir ki, Hollandiya mətbuatına açıqlama verən Ceferin, son dövrdə Avropadan Yaxın Şərqə oyunçu köçü ilə bağlı heç bir tərəddüdünün olmadığını ifadə edərək, "Onlar akademiyalara sərmayə qoymalı, məşqçilər gətirməli və öz oyunçularını inkişaf etdirməlidirlər" deyib.
UEFA prezidenti Aleksander Çeferin bir müddət əvvəl Çinin də bu səhvə yol verdiyini bildirib: "Səudiyyə Ərəbistanı futbolu bir səhv içərisindədir. Onlar öz oyunçularını yetişdirmək üçün akademiyalara, məşqçilərə və məşq sistemlərinə sərmayə qoymalıdırlar. Karyerası bitmək üzrə olan futbolçulara böyük pullar ödəyərək futbolu inkişaf elətdirə bilməzsən. Çinlilər də eyni səhvi etdi. Mənə ən yaxşı yaşında, ən yaxşı performans səviyyəsində Səudiyyə Ərəbistanına gedən bir futbolçu göstərin. Futbol sadəcə pulla əlaqəli deyil. Futbolçular ən yaxşı turnirlərdə oynamaq, qazanmaq istəyirlər. Ən yaxşı turnirlər də Avropadadır".