"Sabah" klubundan xeyriyyə addımı

Əziz Əzizli
"Sabah" klubundan xeyriyyə addımı

Ölkə çempionatının son mövsümünü gümüş medalla başa vuran “Sabah” FK növbəti mövsümdə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.

"Operativ Media" xəbər verir ki, klub olaraq ilk dəfə çıxış edəcəyi avrokuboklarda ev oyunlarının bilet satışından əldə ediləcək gəlirin bir hissəsi 2020-ci ildə rəşadətli ordumuz tərəfindən azad olunmuş torpaqlarımızın bərpası üçün ayrılacaqdır. Belə ki, satılacaq hər biletdən 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcəkdir.

Digər xəbərlər