http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Qalatasaray" Bundesliqadan futbolçu ilə güclənir

19 İyun 2023 , 14:44
"Qalatasaray" Bundesliqadan futbolçu ilə güclənir

"Qalatasaray"ın transferdə üstünlük verdiyi mövqelərdən biri də sol cinah müdafiəçisidir. Bu səbəbdən rəhbərlik heyətə yeni transfer edərək problemi həll etməyi hədəfləyir.

"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılılar"ın sol cinah müdafiəçisi alternativləri arasında "Leyptsiq"in ispan futbolçusu Ancelino ön plana çıxıb.

Futbolçu keçən yay "Hofenhaym"a icarəyə verilmişdi. İspan futbolçu müqaviləsi başa çatdıqdan sonra "Leyptsiq"ə qayıdıb. 26 yaşlı futbolçunun "Qalatasaray"da oynamaq həvəsində olduğu öyrənilib.

Ancelinoda istənilən nəticə alınmazsa, alternativ adlar da müəyyən edilib. Nuno Tavares və Aleks Sandro geniş siyahının ön sıralarındadır. "Marsel"də mövsümü icarə əsasında başa vuran Tavares yenidən "Arsenal"a qayıdır. 23 yaşlı futbolçunun ingilis komandası ilə müqaviləsi 2025-ci ildə başa çatır. Aleks Sandronun "Yuventus"la müqaviləsi  bu yay başa çatır. Lakin İtaliya komandası 1 illik uzatma variantından istifadə edib. Hər iki futbolçu ilə bağlı ilkin danışıqlar aparılıb.

Ancelinonun "Leyptsiq"lə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq. Bu mövsüm Bundesliqada ümumilikdə 35 matça çıxan təcrübəli futbolçu 1 qol vurub, 12 məhsuldar ötürmə edib.

Transfermarkt məlumatlarına görə ispan oyunçunun hazırkı bazar dəyəri 14 milyon avrodur. Karyerasında əvvəllər PSV və “Mançester Siti” kimi komandalarda çıxış edən Ancelino üçün indiyədək 42 milyon avro ödənilib. "Leyptsiq" ispan ulduzu 2021-ci ildə 18 milyon avroya "Mançester Siti"dən alıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
Menyu