"İnter Mayami"nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanı hökuməti ilə müqavilə imzalayıb.
"Operativ Media" xəbər verir ki, müqaviləyə əsasən, Messi bu ölkəyə pulsuz istirahətə gələ biləcək. Üstəlik ərəblər buna görə futbolçuya ödəniş edəcəklər. Marca nəşri müqavilənin bəndlərindən bəzilərini təqdim edib:
- Ailəsi ilə bir dəfə beş günlük istirahət üçün Messiyə 2 milyon dollar ödəniləcək. Messinin ailəsi və dostlarından ibarət 20 nəfərlik heyətin yol xərcləri və 5 ulduzlu oteldə qonaqlamağı Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən qarşılanacaq.
- Messi sosial şəbəkə hesablarında Səaudiyyə Ərəbistanı ilə bağlı paylaşımlarına görə daha 2 milyon dollar qazanacaq.
- Bundan əlavə, Lionel Messiyə 2 milyon dollar ildə bir dəfə olmaqla turizm kampaniyası üçün veriləcək.
-Əlavə 2 milyonu isə o, xeyriyyə tədbirlərinə cəlb edilməklə əldə edəcək.
Beləliklə, bu müqaviləyə əsasən, Lionel Messiyə ildə 8 milyon dollar ödəniləcək.
XƏBƏR LENTİ
Messi Səudiyyə Ərəbistanında istirahətə görə pul alacaq

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər