Bernardo Silvaya Səudiyyə Ərəbistanından təklif var

Əziz Əzizli
Bernardo Silvaya Səudiyyə Ərəbistanından təklif var

Futbol dünyasında son transferləri ilə diqqət çəkən Səudiyyə Ərəbistanında növbəti hədəf Bernardo Silvadır.

"Operativ Media" "The Atlhletic"ə istinadən xəbər verir ki, Səudiyyə klubunun Silvaya yüksək gəlirli təklif etdiyi bildirilir.

 Qeyd olunub ki, danışıqları Silvanın meneceri Jorje Mendeş aparıb və Səudiyyə komandası ilə rəqəmləri müzakirə edib.

Silvanın "Barselona" və PSJ kimi seçimlərini nəzərdən keçirdiyi və Səudiyyə Ərəbistanından imtina edərək karyerasını Avropada davam etdirəcəyi iddia edilib.

 28 yaşlı futbolçu ötən yay "Barselona" tərəfindən istənmiş və Kataloniya komandasına transfer olunmaq istəmişdi. Silva daha sonra “Mançester Siti”də qalmaq qərarına gəlib. Silvanın bu yay komandadan ayrıla biləcəyinə dair gözləntilərin olduğu və bu günə qədər portuqaliyalı ulduz üçün ən çox səy göstərən klubun PSJ olduğu bildirilib.

Ötən mövsüm "Mançester Siti"nin uğurlarında mühüm paya sahib olan portuqaliyalı ulduz 55 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

 Bernaldo Silvanın "Mançester Siti" ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Digər xəbərlər