Finlandiya Parlamenti Milli Koalisiya Partiyasının lideri Petteri Orponu Baş nazir seçib.
"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya parlamenti məlumat yayıb.
Orponun 2007-ci ildən parlament üzvü olduğunu bildirən açıqlamada, "Orpo 2016-cı ildən Milli Koalisiya Partiyasının sədridir. Prezident Sauli Niinistö yeni baş nazir və hökuməti bu gün sonra təyin edəcək", - deyə bildirilib.
Finlandiyada yeni hökumətdə Milli Koalisiya Partiyasından 8, Həqiqi Finlər Partiyasından 7, İsveç Xalq Partiyası və Xristian Demokratlar Partiyasından 4 olmaqla ümumilikdə 19 nazir olacaq.