Menyu

Paris olimpiadasının təşkilatçılarının qərargahında korrupsiya şübhəsi ilə bağlı axtarış aparılıb

Paris olimpiadasının təşkilatçılarının qərargahında korrupsiya şübhəsi ilə bağlı axtarış aparılıb

Fransa müstəntiqləri çərşənbə axşamı korrupsiya şübhəsi ilə bağlı araşdırma çərçivəsində Paris Olimpiadasının təşkilatçılarının qərargahında axtarış aparıblar.

"Operativ Media"  "Time" nəşrinə istinadən xəbər verir ki, axtarış işləri komitənin Sen-Deni ətrafında yerləşən qərargahında gerçəkləşdirilib. Təşkilat komitəsi müstəntiqlərin işini asanlaşdırmaq üçün onlarla əməkdaşlıq edib. 

Maliyyə prokurorluğunun rəsmisi bildirib ki, axtarışlar Paris Olimpiadası ilə bağlı əvvəllər ictimaiyyətə açıqlanmayan iki ilkin araşdırma ilə bağlıdır. Prokurorluğun siyasətinə görə məmurun adının açıqlanmasına icazə verilməyib.

Prokurorluğun bildirdiyinə görə, istintaqlardan biri 2017-ci ildə dövlət vəsaitlərinin mənimsənilməsi və göz yumma şübhəsi və Paris təşkilatçılarının əldə etdiyi qeyri-müəyyən müqavilə ilə bağlı narahatlıqlar üzrə açılıb.

Digəri isə 2022-ci ildə Fransa Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin yoxlamasından sonra açılıb. Prokurorluq bildirib ki, iş təşkilat komitəsi və Olimpiya obyektlərinə cavabdeh olan Solideo şirkəti tərəfindən əldə edilmiş bir neçə müqavilə ilə bağlı şübhəli maraqların toqquşması var.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 26-na planlaşdırılıb.

Teqlər:

"Paris olimpiadasının təşkilatçılarının qərargahında korrupsiya şübhəsi ilə bağlı axtarış aparılıb"

Əlaqəli Xəbərlər