http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qurban Qurbanov: "Ən çətin qarşılaşmalarımız belə komandalara qarşı olur"

20 İyun 2023 , 22:15
Qurban Qurbanov: "Ən çətin qarşılaşmalarımız belə komandalara qarşı olur"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki püşkü dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, baş məşqçi bu matça həddindən artıq diqqətli yanaşacaqlarını bildirib.

“Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. “Linkoln” Cəbəllütariq çempionudur və bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar. Amma bizim illərdir ki, Avropada təcrübəmiz var, illərdir bu cür komandalara qarşı oynayırıq. Elə ən çətin qarşılaşmalarımız da belə komandalara qarşı olur. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq. İllərdir bu işin içindəyik. Bu gün futbol tam dəyişib. Bütün ölkələr, komandalar futbol oynamağı bacarır. Üzərimizə böyük məsuliyyət düşür. İnşallah, çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvələr də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu