Qazaxıstan və Almaniya 1,7 milyard dollarlıq müqavilə imzalayıb
Nərmin Qocamanlı
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin iştirakı ilə keçirilən Qazaxıstan-Almaniya biznes forumu zamanı ümumi dəyəri 1,7 milyard dollardan çox olan birgə layihələr üzrə 23 kommersiya sazişi imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Kazakh İnvest” məlumat yayıb.
Tərəflər nadir torpaq metallarının emalı, dəzgahların və kənd təsərrüfatı avadanlıqlarının istehsalı, eləcə də toxuculuq sənayesi, balıqçılıq, yaşıl enerji və s ilə bağlı bir sıra sənədlər imzalayıblar.
Teqlər:
"Qazaxıstan və Almaniya 1 7 milyard dollarlıq müqavilə imzalayıb"